Suallar
SAT imtahanı haqqında tez-tez verilən suallar
Digital SAT haqqında ən çox verilən suallara qısa cavablar. Hər cavabın altında mövzunu ətraflı izah edən səhifəyə keçid var.
SAT imtahanı nədir?
- SAT — College Board-un keçirdiyi standart imtahandır; ABŞ-da və bir çox başqa ölkədə universitetlərə qəbulda istifadə olunur. Beynəlxalq mərkəzlərdə 2023-cü ilin martından, ABŞ-da isə 2024-cü ilin yazından tamamilə rəqəmsal və modul adaptivdir; ümumi bal 400 ilə 1600 arasında olur.Ətraflı
SAT imtahanı neçə saat çəkir?
- Digital SAT ümumilikdə 2 saat 14 dəqiqə çəkir: Reading & Writing 64 dəqiqə, Math 70 dəqiqədir, aralarında 10 dəqiqəlik fasilə var.Ətraflı
SAT neçə ballıq şkala ilə qiymətləndirilir?
- SAT ümumilikdə 400–1600 bal şkalası ilə qiymətləndirilir, hər bölmə isə 200–800 bal şkalası ilə. Səhv cavaba görə bal çıxılmır.Ətraflı
SAT-da 1400 bal üçün neçə düzgün cavab lazımdır?
- Dəqiq cavab yoxdur: Digital SAT modul adaptiv olduğu üçün eyni sayda düzgün cavab fərqli bala uyğun gələ bilər. Təxminən: Reading & Writing-də 44–49/54, Math-də 36–41/44 düzgün cavab.Ətraflı
SAT nəticələri nə vaxt açıqlanır?
- Digital SAT nəticələri adətən imtahandan təxminən iki həftə sonra College Board hesabınızda görünür. Balların universitetlərə göndərilməsi ayrıca addımdır.Ətraflı
SAT balı neçə il etibarlıdır?
- College Board SAT balı üçün son etibarlılıq tarixi göstərmir; köhnə balı qəbul edib-etməmək müraciət etdiyiniz universitetin qərarıdır. Məktəbi bitirib bir il imtahan verməsəniz, College Board ballarınızı arxivə köçürür; arxivdəki balı əlavə ödənişlə yenə universitetlərə göndərmək olar. College Board imtahandan beş il və ya daha gec göndərilən balların yeni ballar qədər dəqiq göstərici olmaya biləcəyini qeyd edir.
SAT imtahan tarixləri nə vaxtdır?
- College Board ildə səkkiz beynəlxalq SAT tarixi elan edir və bu tarixlər ABŞ-dakı tarixlərlə eynidir. SAT adətən şənbə günü keçirilir; dini səbəbdən şənbə günü imtahan verə bilməyənlər üçün bazar günü sessiyası da təşkil olunur (Hindistan və Pakistan istisna olmaqla).Ətraflı
SAT imtahanına necə hazırlaşmaq lazımdır?
- Hazırlığa diaqnostik sınaqla başlamaq lazımdır. Sonra mövzulardakı boşluqlar aradan qaldırılır, hər blokun sonunda tam sınaq verilir və səhvlər növünə görə təsnif edilir.Ətraflı
SAT-a hazırlığa nə qədər əvvəl başlamaq lazımdır?
- Sıfırdan başlayırsınızsa, 16 həftə realdır; hədəfə yaxınsınızsa, 8–12 həftə kifayət edə bilər. Həlledici olan hazırkı balınızla hədəf arasındakı fərqdir.Ətraflı
SAT fərdi dərsi, yoxsa qrup kursu daha yaxşıdır?
- Onlar fərqli ehtiyaclara cavab verir. Qrup kursu sabit cədvəl və daha aşağı saatlıq qiymət təklif edir, fərdi dərsdə isə plan tamamilə sizə görə qurulur.Ətraflı
SAT kursu nə qədərdir?
- Qiymət iki şeydən asılıdır: proqramın növündən (fərdi dərs və ya qrup kursu) və ümumi dərs saatından. Qrup kursu 16 həftədə 72 saat canlı dərsi əhatə edir; fərdi dərslərdə paket böyüdükcə bir dərsin qiyməti azalır. Aktual məbləğlər qiymətlər səhifəsindədir.Ətraflı
SAT Math (riyaziyyat) mövzuları hansılardır?
- Digital SAT Math dörd məzmun sahəsinə bölünür: Algebra, Advanced Math, Problem-Solving and Data Analysis (PSDA) və Geometry & Trigonometry. Kalkulyatordan bütün bölmə boyu istifadə etmək olar.Ətraflı
Bluebook nədir?
- Bluebook — College Board-un Digital SAT tətbiqidir. Tətbiqdə Desmos kalkulyatoru, düsturlar vərəqi və sualları işarələmə alətləri var. Tətbiq yalnız ingilis dilindədir.Ətraflı
SAT ilə hansı universitetlərə müraciət etmək olar?
- SAT-ın əsas bazarı ABŞ-dır. Avropada SAT beynəlxalq müraciəti gücləndirən sənəddir. Türkiyədə isə bir çox vəqf universiteti SAT balını qəbul edir.Ətraflı
SAT imtahanını neçə dəfə vermək olar?
- Limit yoxdur. Praktikada iki-üç cəhd kifayət edir. Bir çox universitet superscore tətbiq edir.
Sualınızın cavabını burada tapmadınızsa, WhatsApp-da bizə yazın — tez-tez verilən sualları bu səhifəyə əlavə edirik. Əlaqə
Hədəf balına gedən planı birlikdə quraq
Hazırkı səviyyənizi, hədəf balınızı və imtahan tarixinizi bildirin — sizə uyğun paket tövsiyəsi və həftəlik hazırlıq planı hazırlayaq. Heç bir öhdəlik yoxdur.
